29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Sabiq “Milan”lı İstanbul finalını xatırladı: “Yalnız tanrıların qısqanclığı qələbəmizə mane oldu”

“Milan”ın keçmiş direktoru Silvano Ramaçoni 2005-ci ildəki Çempionlar Liqasının finalını xatırlayıb.

Futbolxeber.az saytının “Milannews”ə istindən verdiyi məlumata görə, o, “Liverpul”a qarşı İstanbuldakı həlledici görüşdə 3:0 hesablı üstünlüyü əldən vermələri haqda bunları deyib:

“3:0-dan sonra arxayınlaşmağımızla razı deyiləm. Həmin gündəki fikrimdə qalıram: yalnız tanrıların qısqanclığı qələbəmizə mane oldu. Ekstraənənəvi birinci hissə keçirdik. Fasilədən sonra 6 dəqiqə ərzində isə inanılmaz şeylər yaşandı. Hələ də Dudekin əlavə olunmuş vaxtın sonunda Şevçenkonun zərbəsindən sonrakı mümkünsüz seyvini xatırlayıram. Ağlasığmaz an idi. Oyundan sonra gecə yatmaq üçün səhərə kimi dərman içməyə məcbur olmuşdum. Baş verənlərə inanmaq qeyri-mümkün idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31