20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Blatter: “Futboldan Rusiyaya görə uzaqlaşdırılmamışam”

FİFA-nın keçmiş prezidenti Yozef Blatter DÇ-2018 və DÇ-2022-nin ev sahibliyi ilə bağlı uzun illərdi davam edən rüşvət qalmaqalı haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, ABŞ tərəfinin ittihamlarına təəccüblənmədiyini bildirib:

“Bütün bu məsələlərlə bağlı məhkəmədə ifadə vermişəm. İndi yenidən Rusiyanın dünya çempionatına ev sahibliyi etməsi məsələsinə qayıtmaq mənasızdı. 2 il əvvəl başa çatmış turnirlə bağlı danışmaq mənasızdı. Onu da deyim ki, amerikalılar Qətərdən daha çox, məhz Rusiyanın mundiala ev sahibliyi etməsi ilə razılaşmırdılar. 2014-2015-ci illərdən artıq fəal hücuma keçdilər. İlk dəfə FİFA-nın İsveçrədəki Konqresində buna ciddi şəkildə etiraz etdilər. Artıq ABŞ-la bağlı heç nə məni təəccübləndirmir”.

FİFA-nın keçmiş rəhbəri Rusiya Futbol İttifaqının sabiq başçısı rəhbəri Vyaçeslav Koloskovun “Blatter Rusiyaya görə futboldan uzaqlaşdırılıb” fikrinə də münasibət bildirib:

“Dostum Vyaçeslava demək istərdim ki, bu, belə deyil. Mən futboldan Rusiyaya görə uzaqlaşdırılmamışam. Biz FİFA prezidenti olmağı hədəfləyən Platinini dayandırmağa çalışırdıq. Halbuki mən 2019-cu ilə kimi quruma rəhbərlik etməliydim. Odur ki, Rusiyanın mənim futboldan uzaqlaşdırılmağıma aiddiyyatı yoxdu”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30