19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Poqba etiraf etdi: “Yuventus”a ailəmin məsləhəti ilə keçmişdim”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba 2012-ci ildə hazırkı klubunu tərk etməsini xatırlayıb.

Futbolxeber.az-ın İngiltərə klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransız yarımmüdafiəçi bildirib ki, 8 il əvvəlki qərarı ailəsinin məsləhəti ilə qəbul edib:

“Mançester Yunayted”in fanatı olan qardaşım mən heyətə düşə bilməyəndə özündən çıxırdı. Hətta məndən də çox. Ona görə də mənə getməyi məsləhət görürdü. Deyirdi ki, “sən bu komandada oynamağa qadirsən. Əgər səni heyətdə görmürlərsə, qalmağın mənası yoxdu. Sonradan sənin nəyə qadir olduğunu görəcəklər”.

Anam da həmişə “sən “Mançester Yunayted”dən gedib, sonra yenidən geri qayıdacaqsan” deyirdi. Mən isə qərar qəbul etməyə tələsmirdim. Lakin “Yuventus”a keçdikdən sonra da anam geri qayıdacağımı təkrarlayırdı. Nəticədə onların məsləhəti ilə “Yuventus”a keçdim və yekunda da hər şey dedikləri kimi oldu. 2016-cı ildə yenidən “Mançester Yunayted”ə qayıtdım”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30