8 Yanvar 2026, Cümə axşamı
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Xarici futbol

Şeydayevin daha bir sabiq klubu dağılır

Rusiyanın "Krılya Sovetov" klubu fəaliyyətini dayandıra bilər.

Futbolxeber.az saytının məlumatına görə, belə bir iddia yerli Hesablama Palatasının mütəxəssisləri Samara təmilçisində aparılan yoxlamalardan sonra səsləndirilib.

Bildirilib ki, klubun artan borcları onun məcburi şəkildə ləğvinə səbəb ola bilər. Auditorların sözlərinə görə, klubun ümumi gəlirləri regional büdcənin 80 faizini təşkil edir: "Bu, idman təşkilatlarının maliyyələşdirilməsinin azalma tendensiyasına zidddir. İdman Nazirliyinin sponsorları və investorları cəlb etmək üçün bütün səylərinə baxmayaraq, klubun saxlanması xərcləri daim artmaqdadır".

Qeyd edək ki, Azərbaycan milli komandası və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov"un formasını geyinib. Maraqlıdır ki, 24 yaşlı hücumçunun 2017-ci ildə çıxış etdiyi Slovakiya "Jilina"sı da maliyyə böhranına görə fəaliyyətini rəsmən dayandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31