25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

“Mançester Yunayted”dən Sançoya təklif: 7 nömrə və həftəyə 400 min funt

“Mançester Yunayted” Dortmund “Borussiya”sının üzvü Ceydon Sançonu transfer etmək istəyir.

Futbolxeber.az saytının Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Qırmızı şeytanlar” 20 yaşlı xavbekə həftədə 400 min ödəməyə hazırdı.

Bundan başqa, İngiltərə təmsilçisi Sançoya 7 nömrəli futbolkanı da vəd edib. Hansı ki daha əvvəl “Mançester Yunayted”in heyətində bu nömrəli formanı Corc Best, Erik Kantona, Devid Bekhem, Maykl Ouen, Kriştianu Ronaldo kimi ulduzlar geyib.

Ümumilikdə, “Mançester Yunayted” ingilis futbolçunun keçidi üçün 130 milyon avro xərcləməyə hazırdı.

Qeyd edək ki, cari mövsüm Sanço Bundesliqada meydana çıxdığı 23 oyunda 14 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30