20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Ndlovu karantinə alındı

Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, cənubi afrikalı hücumçu bunu ölkəsinin mətbuatına açıqlamasında özü deyib.

Çində koronavirus epidemiyası yayılmağa başlayanda Cənubi Akrikaya yollanan forvard artıq geri qayıdıb. O, Çində vəziyyətin yaxşılığa doğru getdiyini bildirib:

“Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Ancaq artıq Çində bu virusun qarşısını almağın yollarını öyrəniblər. Yaxın vaxtda komandamla birgə məşqlərə başlayacağam”.

Xatırladaq ki, Dino Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30