27 Fevral 2026, Cümə
“Sumqayıt” Roy Kehatı itirdi
Ərdoğan Okan Buruka zəng etdi
XXII turun hakim təyinatları
Millimiz Moldovaya qalib gəldi

Xarici futbol

“Sampdoriya”nın koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı

İtaliyanın "Sampdoriya" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Futbolxeber.az saytının məlumatına görə, virusa yoluxan polşalı müdafiəçi Bartoş Bereşinskidir.

27 yaşlı Bereşinski Genuya təmsilçisinin koronavirus testi müsbət nəticələnən 7-ci oyunçusudur.

Daha əvvəl Manolo Qabbyadini, Omar Kolli, Albin Ekdal, Morten Torsbyu, Antonio La Qumina və Fabio Dapaoliyə belə bir diaqnoz qoyulub.

Beləliklə, İtaliyada koronaviruslu futbolçuların sayı 11-ə çatıb. "Sampdoriya"nın oyunçularından əlavə, "Yuventus"dan Daniele Ruqani, "Fiorentina"dan isə Duşan Vlahoviç, Patrik Kutrone və Xerman Pesselyadan da COVİD-19 virusu tapılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28