2 Iyul 2025, Çərşənbə
"Zirə" 4-cü transferini reallaşdırdı
Hamidu Keyta “Araz-Naxçıvan”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı

Xarici futbol

“Başakşehir”in Avropaliqa oyunu azarkeşsiz keçiriləcək

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsindəki "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, fanatlar martın 19-da Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sı ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq.

Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31