4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

İtaliyalı futbolçuda koronavirus aşkarlandı

İtaliyanın C Seriyasında çıxış edən klublardan birinin futbolçusunda koronavirus aşkarlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Siena əyalətində yaşayan futbolçunun adı və hansı komandada oynaması hələlik açıqlanmayıb.

Oyunçunun ötən həftə qızdırma səbəbindən komandasının oyununu buraxdığı iddia olunur. Koronavirus testindən keçirilən futbolçuda nəticələr müsbət çıxıb. Bu barədə dərhal onun klubuna məlumat göndərilib. Futbolçu özü isə təcili tibbi yardımla Sienadakı yoluxucu xəstəliklər şöbəsinə aparılıb.

Qeyd edək ki, İtaliyada yeni növ koronavirusa yoluxanların sayı artaraq 474 nəfərə çatıb. Ən çox yoluxma halı (305 nəfər) ötən həftənin sonunda koronavirusun yayılmasının yerli mərkəzinə çevrilən Lombardiya bölgəsindədir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31