9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

Qrizmann: “Cavab oyununda “Napoli”yə qalib gəlməyə məcburuq”

“Barselona”nın hücumçusu Antuan Qrizmann Çrmpionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Napoli” ilə 1:1 bərabərə qaldıqları görüş haqda danışıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, ilk görüşdə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edən fransız forvard cavab görüşündə qələbə qazanmağa məcbur olduqlarını bildirib:

“Bura qələbə üçün gəkmişdik. Lakin bu gün istəyimiz alınmadı. İlk yarıda rəqib qapısına yaxınlaşmaqda və işi son zərbəyə çatdırmaqda çətinlik çəkirdik. Lakin dəqiqələr keçdikcə rəqibin yorulduğunu anlayırdıq və bununla da şanslarımız artırdı.

Oyunun gedişində özümə boş zona yaratmalıyam. Birinci hissədə çatdırmasam da, fasilədən sonra bu alındı.

İndi bizi evdə cavab görüşü gözləyir. Həmin matç tam fərqli olacaq. Öz azarkeşlərimiz önündə oynayacağıq və qələbə qazanmağa məcburuq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31