30 May 2026, Şənbə
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
Minifutbol millimiz Fransaya qarşı
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi

Xarici futbol

Məsut Özil Qaret Beylə meydan oxudu

Maəsut Özil "Real"ı tərk etməyəcəyini bəyan edib. Futbolxeber.az-ın məlumatına görə, Almaniya millisinin üzvü "Real"a keçəcəyi gözlənilən Qaret Beyllə rəqabətdən çəkinmədiyini bildirib: "Komandaya gələn yeni futbolçunu yaxşı qarşılayırıq. Komanda gücləndirə biləcək hər futbolçunun gəlişinə sevinirik. Bu səbəbdən də Beylin komandaya cəlb olunması mənim üçün heç bir problem yaratmayacaq. "Real" kimi böyük klubda daim əsas heyətdə oynamaq üçün rəqabət aparmalısan. Bunun öhdəsindən gəlməyin yolunu isə bilirəm. Ona görə də əminliklə söyləyirəm ki, rəqabətə görə klubu tərk etməcəyəm. "Real"da artıq dördüncü mövsümümü keçirirəm və daim əsas heyətdə oynamışam. Nəyə qadir olduğuimu bilirəm. Eləcə də məşqçimiz mənə güvənir". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31