8 Yanvar 2026, Cümə axşamı
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Xarici futbol

İngiltərə millisinin nümayəndələri Bakıya səfər edib

Fevralın 12-də və bu gün İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın meneceri Stuart Brown, səyahət meneceri Kelly Brown, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Steve Lewisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb. İngiltərə millisinin təmsilçiləri Hilton otelinə, Bakı Olimpiya Stadionuna, Bakcell Arenaya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.

Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.

Ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31