22 Aprel 2026, Çərşənbə
UFC 2028-ci ilə kimi Azərbaycanda
"Neftçi" 26 min 200 manat cərimələndi
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi

Xarici futbol

Avro-2020-nin ən populyar şəhərləri: "TOP-5"də Bakı da var

Dünyanın ən böyük otel rezervasiya sistemlərindən olan "Booking.com" istifadəçilərin axtarış sorğularına əsasən, "Avro-2020"nin ən populyar şəhərlərinin sıralamasını tədim edib.

Futbolxeber.az saytının məlumatına görə, ilk 5-likdə paytaxt Bakı da yer alıb.  Paytaxtımız siyahının 4-cü pilləsində qərarlaşıb. 

Bakı bu nəticə ilə Sankt-Peterburq, Roma və Kopenhagendən geri qalsa da, final mərhələsinin görüşlərini qəbul edəcək London, Amsterdam, Berlin və Bilbao kimi şəhərləri qabaqlayıb. "TOP-5"liyi  Dublin qapayıb.

Bundan əlavə "Avro-2020"nin qrup mərhələsinin ən çox maraq dairəsində olan oyunlarının siyahısı da açıqlanıb. Bakıda keçiriləcək Uels - İsveçrə qarşılaşması 2-ci olub. Sözügedən görüş 13 iyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu sıralamada isə birinci Kopenhagendə oynanılacaq Danimarka - Finlandiya görüşü olub.

Qeyd edək ki, paytaxtımızda qrup mərhələsi çərçivəsində iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matlçarı keçiriləcək. Eləcə də 1/4 finalın 1 oyunu da Bakıda olacaq (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30