19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Dedilər, Nazarbayev oyuna gəlir, Azərbaycanı udmaq lazımdır”

Rus məşqçi Leonid Poxomov Qazaxıstan millisində işlədiyi dövrlə bağlı açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, Azərbaycan millisi ilə matçdan əvvəl baş verən bir maraqlı hadisə haqda danışıb.

“Azərbaycanla yoldaşlıq oyunu keçirirdik. Heyətə planlaşdırdığım kimi, ehtiyat oyunçuları dəvət etdim ki, onları yoxlayım. Birdən tribunalarda həyacan yaşandı. Mənə bildirdilər ki, Nazarbayev oyuna gəlir, udmaq lazımdır. Necə yəni udmaq lazımdır? Yoxlama oyunu olduğu halda niyə qalib gəlməliyik? Dedim ki, meydana kimi nəzərdə tutmuşamsa, onlar da çıxacaqlar və mən Nazarbayevə necə işlədiyimizi izah edərəm.

O, matça gəlmədi. Biz isə 2:3 hesabı ilə uduzduq. Sonra futbol rəisinin otağına girdim. Kreslosuna söykənmişdi. Dedim ki, sizinlə bir daha işləməyəcəyəm. Hələlik”.

Qeyd edək ki, L.Poxomov 2002-2004-cü illərdə Qazaxıstan millisini çalışdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30