9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Xarici futbol

"Səbail"in qapıçısı: "Karabükspor" mənə müəyyən məbləğ ödəməyə borcludur"

"Səbail"in qapıçısı Aleksandr Rıbka Türkiyənin "Karabükspor" klubunun ona olan borcundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 32 yaşlı qolkiper klubla məhkəməsinin uzun müddət davam etdiyini bildirib.

Ukraynalı oyunçu "Karabükspor"un hələ də böyük məbləğdə borcu qaldığını sözlərinə əlavə edib: "Məhkəmə artıq bitib. Mənim xeyrimə qərar çıxarılıb. "Karabükspor" mənə müəyyən məbləğ ödəməyə borcludur. Ödəyib-ödəməyəcəklərini bilmirəm. Klub hələ ki mövcuddur. Amma iflasa doğru gedir. Buna görə də ödəniş üçün ümidim azdır".

Qeyd edək ki, Aleksandr Rıbka 2017/2018 mövsümündə "Karabükspor"un formasını geyinib (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31