24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Tomas Doll: “Növbəti mərhələyə çıxmaq tam haqqımız idi”

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL-in baş məşqçisi Tomas Doll pley-offa vəsiqə qazanmalarını şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, almaniyalı mütəxəssis səfərdə "Düdelanj"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Növbəti mərhələyə çıxmaq tam haqqımız idi. Əsas görüşlərdə xal toplaya bildik - Bakını heç-heçə ilə tərk etdik, evdə isə “Qarabağ”a qalib gəldik. Qrup mərhələsinin əvvəlində gözlənilmədən “Düdelanj”a uduzmuşduq. Sonradan bunun təsadüf olduğunu sübut etdik".

Xatırladaq ki, “Qarabağ”ın “Sevilya”ya 0:2 hesabı ilə uduzması və APOEL-in “Düdelanj”ı eyni hesabla üstələməsi Nikosiya təmsilçisini pley-offa yüksəldib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30