25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Nazarov: "Hər dəfə öz-özümə deyirəm ki, sən Noyerə qol vurmusan"

Millimizin və “Aue”nin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya klubundakı penalti rekordu barədə danışıb.

Futbolxeber.az saytının məıumatına görə, 29 yaşlı futbolçu 11 metrlik cərimə zərbələrində dəqiqliyinin sirrini bölüşüb:

“Qapıçının nə etdiyinə diqqət edirəm. Ancaq həmişə öz fikrim var və heç vaxt qərarımı dəyişmirəm. Əgər zərbə vurmaq anında fikrinizi dəyişsəniz, böyük ehtimalla qol olmayacaq. Hədəfini seçib, zərbəni inamla vurmalısan”.

Nazarov 2016-cı ildə “Bavariya” ilə yoxlama oyununda Manuel Noyerin qapısına vurduğu penaltidən də danışıb:

“Bavariya” ilə oyun 1:1 hesabı ilə başa çatmışdı. Matçın sonuna yaxın penalti vurmaq hüququ qazandıq. Məşqçimiz mənə dedi ki, penaltini dəqiq yerinə yetirsən, bundan sonra 11 metrlik cərimə zərbələrini həmişə sən vuracaqsan. İndi hər dəfə öz-özümə deyirəm ki, sən Noyerə qol vurdun, hansı ki, dünyada ondan yaxşı qapıçı yoxdur".

Qeyd edək ki, 2016-cı ildən Aue təmsilçisində çıxış edən Nazarov 13 penaltidən 12-ni dəqiq yerinə yetirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30