19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

“Bakı”nın keçmiş futbolçusu həbs olundu

“Bakı”nın keçmiş futbolçusu Serxio Kontreras həbs olunub.

Futbolxeber.az saytının məlumatına görə, Koke ləqəbli keçmiş hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. O, vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 20-yə yaxın şəxsin tutulduğunu bildiriblər. Onlardan dəyəri 775 min dollar olan, 1 tona yaxın həşiş aşkarlanıb. Serxionun narkotiklərin satışı ilə məşğul olan şəbəkəyə rəhbərlik etdiyi bildirilib. Keçmiş hücumçu hazırda Malaqada polis bölməsində saxlanılır.

Qeyd edək ki, 2012-ci ildə “Bakı”da oynayan Koke karyerası ərzində “Marsel”, “Malaqa”, “Sportinq” kimi klublarda da çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31