5 Iyul 2025, Şənbə
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də
“Qarabağ” Avstriyaya yollandı

Xarici futbol

Uels millisinin daha bir üzvü Bakıya gəlməyəcək

Avro-2020-nin seçmə mərhələsində millimizlə qarşılaşacaq Uels yığması daha bir itki ilə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, müdafiəçi Nil Teylor heyətdən çıxarılıb.

“Aston Villa”nın futbolçusu şəxsi işlərinə görə baş məşqçi Rayan Giqqzdən icazə istəyib. Onun əvəzinə milliyə kimin dəvət ediləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”), Co Uilyams (“Sanderlend”) və müdafiəçi Co Rodon (“Suonsi”) zədəli olduğundan, Co Allen (“Stok Siti”) isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq.

Xatırladaq ki, noyabrın 16-da Bakıda yığmamızın qonağı olacaq Uels millisi 3 gün sonra Macarıstanı qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31