Xarici futbol
Avro -2020 Fristaylerlər Komandasının heyəti açıqlandı
Turnirin 12 ev sahibi ölkəsinin hər birini təmsil etmək üçün 2 fristayler futbolçu “Növbə Sənindir” səsverməsi vasitəsilə azarkeşlər tərəfindən seçildi
Azarkeşlərin “Növbə Sənindir” yarışı vasitəsilə 12 ev sahibi şəhərin hər birindən 2 nümayəndənin seçilməsi ilə rəsmi UEFA AVRO-2020 Fristaylerlər Komandasının heyəti təsdiqləndi.
Azarkeşlər Avropada ən orijinal və parlaq fristaylerləri tapmaq üçün təşkil olunan onlayn istedad yarışmasında öz sevimli fristayler futbolçularına səs verdilər. Yüzlərlə iştirakçı ölkələrini Avropa Çempionatının 60 illik yubileyində təmsil etmək üçün bacarıqlarını nümayiş etdirən videolar təqdim etmişdi və fristayl futbolu dünyasının ən böyük adlarından ikisi – ingiltərəli keçmiş dünya çempionu Liv Kuk və norveçli keçmiş Avropa çempionu Tobias Beks - tərəfindən bu videolar arasında seçim aparılaraq hər məkan üçün qısa siyahı hazırlandı.
Azarkeşlər qısa siyahıya daxil edilmiş videoları nəzərdən keçirərək hər bir ev sahibi ölkəni təmsil edəcək iki fristayleri seçməklə öz qaliblərini müəyyən etdilər. Həmin 24 fristayler turnirə hazırlıq və rəsmi kubok turu zamanı, eləcə də yarış müddətində, o cümlədən oyunlarda və azarkeş zonalarında UEFA AVRO-2020-nin rəsmi talismanı Skillzy-nin ətrafında birləşəcəklər.
Amsterdam - Laura Dekker, Cessi Marlet
Bakı - Kader Alimova, Nuqzar Kvirtiya
Bilbao - Paloma Mayo, Alexandro Portilya
Buxarest - İoanna Andrea, Stefan Floresku
Budapeşt - Kitti Şas, Zoltan Liptak
Kopenhagen - Maymi Asgeri, Kristofer Bax
Dublin - Ella Stil, Sem Mədden
Qlazqo - Co Eşvort, Devid Menni
London - Aquska Mniç, Skott Penders
Münhen - Dana Embaxer, Samuel Ueller
Roma - Anastasiya Baaqlini, Antonio Kolella
Sankt-Peterburq - Svetlana Kovalyova, İqor Oleynik
“İstedadlı fristaylerlərin sayı çox olduğuna görə qısa siyahıda kimin olmasına qərar vermək çox çətin idi. Artıq qaliblər seçilib. Mən hamı ilə görüşməyi və bu heyrətamiz təcrübəni onlarla bölüşməyi səbrsizliklə gözləyirəm. Şübhəsiz ki, qaliblər tarixdə ən həyəcanlı Avro turnirinə məharət və rəng gətirəcəklər”, – deyə 27 yaşlı fristayl futbol üzrə dəfələrlə Avropa çempionu olmuş Beks bildirmişdir.
Dördqat dünya fristayl rekordçusu və UEFA-nın Qadın Futbolu üzrə Səfiri olan 20 yaşlı Kuk söyləmişdir: “12 fərqli ölkədə yerli istedadlarla fristayl futbolu nümayiş etdirmək imkanı həm mənim üçün, həm də qaliblər üçün nadir bir fürsətdir. Bakı və ya Bilbao, Qlazqo və ya Romada oyuna getmələrindən asılı olmayaraq, azarkeşlər Avropanın ən yaxşı fristaylerlərini və küçə futbolçularını seyr edə biləcəklər. Bu, turnirə tamamilə yeni bir səviyyə gətirəcək və ümidvaram ki, insanları bunu sınaqdan keçirməyə ruhlandıra bilər”.
Fristayl futbol küçə futbolu, panna və oyun bacarıqlarına əsaslanan digər formaları ilə əlaqəlidir. O, rəqs və hətta bədii gimnastika ilə ümumi xüsusiyyətlərə malikdir, həmçinin musiqi ilə də sıx bağlıdır. Fristayl futbolu oyun deyil – bu, yaradıcılıq və bədii çıxışın bir ifadəsidir.
UEFA AVRO-2020 fristaylerləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.euro2020.com/your-move səhifəsinə daxil olun.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
14:32
"Turan"ın məşqçilər heyətinin formalaşdırılması tamamlanıb
-
14:11
“Beşiktaş” “Yuventus”un futbolçusunu icarəyə götürdü
-
13:57
“Qarabağ” - “Tvente” oyunu azarkeş sayında üçüncü oldu
-
13:09
“Səbail”in İdarə Heyətinin üzvləri Qubaya səfər ediblər
-
12:43
"Sumqayıt" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
12:26
Denzel Jubitana: “Neftçi” üçün hər şeyimi verməyə hazıram”
-
11:30
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
-
11:18
"Neftçi"dən ayrıldı, Türkiyə klubuna keçdi
-
10:55
“Mançester Siti” 3 xalı 4 qolla qazandı VİDEO
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"Milan"ın qələbəsi VİDEO
-
09:49
“Traktor” rəqib tanımır: 4-də 4
-
09:31
“Bavariya” mövsümə darmadağınla başladı VİDEO
-
09:17
Cəlal Hüseynov oynadı, komandası qələbə qazandı
-
09:00
Azərbaycan Premyer Liqasında üçüncü tura start verilir
-
01:23
Kriştianu Ronaldo 978-ci qolunu vurdu
-
00:56
Nəriman Axundzadənin komandası lideri büdrətdi
-
21:34
Denzel Jubitana “Neftçi”də
-
18:21
“Xankəndi” onu da heyətinə qatdı
-
17:57
“Şahdağ Qusar” fransız hücumçu transfer etdi
-
17:15
"İmişli" legioner transferinə doymur
-
16:43
“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri məlum olub
-
16:08
Avropa Liqası: "Beşiktaş"ın rəqibləri müəyyənləşdi
-
15:36
Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar
-
14:52
"Böyük Dəbilqə": Cüdoçularımız ilk günü medalsız başa vurublar
-
14:29
III turun hakim təyinatları açıqlandı
-
14:10
Bense Varkonyi: “Məğlubiyyət üzücüdür...”
-
13:34
Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək
-
13:01
Xüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər
-
12:47
"Qarabağ"ın "Xaric segah"ı...
-
12:15
Fatih Tekke istefa verdi, rəhbərlik qəbul etmədi
-
11:53
Litva səfirindən "Qarabağ"a dəstək
-
11:28
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
-
11:00
“Sumqayıt”ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib FOTOLENT
-
10:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
"Neftçi" Zirə səfərinə hazırlaşır FOTOLENT
-
10:19
"Riad Rəfiyevi xüsusi qeyd etmək istərdim, o, məni tapdı və Azərbaycana gətirdi”
-
09:54
Tahir Gözel: “Səhvlərimizdən dərs alacağıq”
-
09:41
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
00:37
Mahir Emrelinin qolu “Rakuv”a bəs etmədi
-
00:25
“Tvente”nin baş məşqçisi: “Qarabağ”ı çox yaxşı təhlil etmişdik”
-
00:03
Qurban Qurbanov: “Artıq itirəcək heç nəyimiz yoxdur”
-
22:49
"Qarabağ" "Tvente"yə məğlub oldu
-
22:00
“Qarabağ”dan ardıcıl iki transfer
-
21:11
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
-
19:56
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
-
19:45
“Karvan-Yevlax”dan növbəti transfer
-
19:07
Millimizin qapıçısısı Türkiyə klubunda
-
18:38
"Gəncə"dən iki yeni transfer
-
17:43
“Qarabağ”ın sabiq futbolçusu I Liqa klubunda
29.08.2026
28.08.2026
27.08.2026
























