28 Oktyabr 2020, Çərşənbə
Ordumuz mülki əhalini atəşə tutmur
"Araz"ın ÇL-dəki rəqibi müəyyənləşdi
Millimizin oyununun tarixi dəyişdi
Almeyda rəsmən “Zirə”də

Xarici futbol

“Bütün Kipr sabah APOEL-i dəstəkləməlidir”

APOEL-in sabiq futbolçusu Kostas Malekkos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la oyunöncəsi Kipr klubunun şanslarını dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis azarkeşlərin dəstəyinin vacib olduğunu və APOEL-in qələbəsinin əhəmiyyətini xatırladıb:

“Bütün Kipr sabah APOEL-i dəstəkləməlidir. Azarkeşlərin stadionu doldurmamsı kluba qarşı ədalətsizlik olar. Çünki APOEL ölkəni Çempionlar Liqasında iki klubun təmsil etməsinə yol aça bilər. APOEL-in Azərbaycanda xal aldıqdan sonra bu oyunda “Qarabağ”a qalib gəlməməsi intihar olar. Məncə, “Qarabağ”la oyunu ağıllı və təmkinlə dəyərləndiriləcək”.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31