19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

“Azərbaycanla səfərdə oynamaq çətin olacaq”

“Xorvatiya ilə oyunda möhkəm və əzmkar komanda kimi görünürdük. Oyunçularımız mübarizə aparıb öz oyunlarını göstərdilər. Bizi məğlub etmək çətindir. Keçmişdə cəsarətli və arxa mövqedə baxımlı oynamışıq. Ancaq indi daha mütəşəkkil olmaq, yavaşlamaq və bəzi şeylərə qayıtmaq lazımdır. Düşünürəm ki, son iki oyun bir daha bunu sübut etdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Uels millisinin müdafiəçisi Ben Deyvis Avro-2020-nin seçmə mərhələsinin 8-ci turunda Xorvatiya ilə oyundan (1:1) sonra deyib.

O, Uelsin E qrupunda mərhələ adlamaq şanslarının qaldığını vurğulayıb: “Biz nə etmək istədiyimizi yaxşı bilirik. Bu həftə komandada özünə inamı qaytardı. Xüsusilə, Xorvatiyaya məğlub olmamaq mərhələ adlamaq baxımından bizim üçün vacib idi. Qrupda rəqabət davam edir. Macarıstan və Azərbaycanla keçirəcəyimiz matçlarla seçmə mərhələyə yekun vuracağıq. Azərbaycan çox insanın düşündüyündən daha yaxşı komandadır. Onlarla səfərdə oynamaq çətin olacaq”.

Qeyd edək ki, Azərbaycan - Uels qarşılaşması noyabrın 16-sı 21:00-da başlayacaq.UEFA-dan 4 Azərbaycan klubunun hesabına pul köçürdü

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31