29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Xarici futbol

Lopoteqi: “Azərbaycana uzaq səfəri bəhanə gətirmək istəmirəm”

“Real”la görüşdə sonadək mübarizə apardıq. Bir qol buraxmaqla uduzduq. Təəssüflənirəm ki, heç olmasa bir xal qazana bilmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi İspaniya La Liqasının 5-ci turunda “Real”a qarşı matçdan sonra mətbuat konfransında deyib.

Evdə Madrid klubuna uduzduqları görüşü (0:1) şərh edən təcrübəli mütəxəssis  məğlubiyyətin bir neçə gün əvvəl  Azərbaycana uzaq səfərlə bağlı olmadığını bildirib: “Matçın ilk hissəsində qol imkanlarımız oldu. Lakin hücumları dəqiq zərbə ilə tamamlamadıq. Bu həftə “Qarabağ”la oyun üçün Azərbaycana uzun səfər etmişik. Məğlubiyyətə bununla bəhanə gətirmək istəmirəm. Həftədə iki matç keçiririk. Mövsümün sonuna qədər belə davam etməliyik”.

Xatırladaq ki, “Sevilya” Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlmişdi.

 

           

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31