23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Eddi: "Əla mövsüm keçirəcəyik"

“Komanda məndə xoş təəssürat oyadır. Onlar məni çox xoş qarşıladılar. Əminəm ki, əla mövsüm keçirəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin üzvü Eddi İsrafilov deyib. O, İspaniya Sequndasında çıxış edən "Albasete"də debüt matçından danışıb. İsrafilov klubun saytına açıqlamasında bunları bildirib:

“Qalib gəlmək olduqca yaxşı hissdir. Uzun müddət oyuna çıxmadığım üçün özümü yorğun  hiss edirdim. İkinci Liqa uzun olacaq. Əsas olan qələbə qazanmaqdır. İkinci divizion olduqca çətindir. Əgər biz bütün imkanlarımızı birləşdirsək, daha yaxşısını edə bilərik. Burda yeniyik və komandayla çox nəticə qazanacağıq”.

Eddi komandasındakı vəziyyətdən danışıb: “Mənə dəstək olurlar, motivasiya verirlər. Əminəm ki, çox yaxşı mövsüm olacaq. Yaxşı komandam var. Bir gün qalib gəldiyin halda, növbəti gün məğlub olursan. 4 oyundan sonra 6 xal qazanmaq komanda üçün yaxşı başlanğıcdır”.

Komandanın yeni üzvü növbəti tur doğma meydanda keçiriləcək “Tenerife” ilə matç barəsində fikirlərini bildirib: “Görünən odur ki, “Tenerife”yə qarşı çətin oyun olacaq. Onlar top saxlamağı bacarırlar. Mən uzun illərdir İspaniya Sequndasında çıxış etmişəm. Burada autsayder aldadıcı amildir və ilk pillədəki rəqibini məğlub edə bilir. “Tenerife” yaxşı rəqibdir. Bununla biz topa nəzarət etməli, matçı qazanmalıyıq. Biz uduza bilmərik. Burada özümü yaxşı hiss edirəm. Komandada heç kəs istirahət edə bilmir. Mövqe üçün mübarizə aparmalısan. Məşqçi sonda buna qərar verməlidir. Mən onun sərəncamındayam.  Burada böyük rəqabət var”.

Qeyd edək ki, İspaniya Sequndasında çıxış edən “Albasete” 4 oyundan sonra 6 xal toplayıb və 22 komanda arasında 8-ci yerdədir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30