7 Yanvar 2026, Çərşənbə
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi

Xarici futbol

Nazarov: “İlk dəfədir penaltini qaçırıram"

Almaniya 2-ci Bundesliqasının son turunda ötən gün "Holştayn"la görüşdə penaltini qaçıran “Aue”nin futbolçusu Dmitri Nazarov bununla bağlı fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi "tag24"ə açıqlamasında 11 metlik cərimə zərbəsindən yararlana blmədiyi üçün üzüldüyünü deyib:

"Bu uğursuzluq məni də məyus etdi. Peşəkar karyeramda ilk dəfədir ki, penaltini qola çevirə bilmirəm".

Qeyd edək ki, Nazarov buna qədər “Aue”də 9 penalti yerinə yetirib və hamısı qol olub.

Nazarov Avro-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə keçiriləcək görüşlər üçü Azərbaycan millisinə dəvət almasına sevindiyini də əlavə edib: "Milliyə dəvət aldığım üçün şadam. Vəziyyəti dəyişib, klubuma daha güclü halda qayıdacağam".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31