3 Yanvar 2026, Şənbə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Xarici futbol

"Sevilya"nın baş məşqçisi: "Qarabağ" "Atletiko"nu büdrətmişdi"

İspaniya "Sevilya"sının baş məşqçisi Xulen Lopetegi UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis “A” qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib.

Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: "APOEL Çempionlar Liqasının son yarımfinalçı Hollandiya "Ayaks"ına müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdir və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdur".

Qeyd edək ki, Avropa Liqasının “A” qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda APOEL "Düdelanj"ı, "Qarabağ" "Sevilya"nı qəbul edəcək ("Report").

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31