5 Iyul 2025, Şənbə
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də
“Qarabağ” Avstriyaya yollandı

Xarici futbol

Sabiq “Qarabağ”lı qol vurdu, “Qalatasaray” 90+8-də sevindi

Türkiyə Superliqasında 3-cü tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, "Qalatasaray" səfərdə "Kayserispor"un qonağı olub. Görüşdə hesabı 37-ci dəqiqədə "Qarabağ"ın sabiq üzvü və bu ay "Kayserispor"a keçən Pedro Enrike açıb.

64-cü dəqiqədə “Kayserispor”dan Abdennour meydanda qovulub və 66-cı dəqiqədə Belhanda penaltidən “Cim-Bom”un cavab qolunu vurub.

74-cü dəqiqədə Pedro Enrike də meydandan qovulub və “Kaysersipor”un 9 nəfərlə qalmasından sonra 87-ci dəqiqədə Babel “Qalatasaray”ı hesabda önə keçirib. 2 dəqiqə sonra Emre Mor da “Qalatasaray”ı azlıqda qoyub.

9 nəfərlə qalmasına baxmayaraq, 90+1-ci dəqiqədə “Kayserispor”dan Umut Bulut status-kvonu bərpa edib - 2:2.

Hesabı bərabərləşdirən sabiq “Qalatasaray”lı 90+4-cü dəqiqədə meydanda qovulub və rəqib 8 nəfərlə qaldıqdan sonra Adem Büyükün 90+8-ci dəqiqədə vurduğu qol İstanbul klubuna 3:2 hesabı ilə qalib gəlib.

Mövsümdə ilk qələbəsini qazanan “Qalatasaray” xallarının sayını 4-ə çatdırıb v 7-ci pilləyə yüksəlib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31