8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Xarici futbol

“Qarabağ”ın rəqibi mövsümdə ilk dəfə xal itirdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Sevilya" La Liqada növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Əndalusiya təmsilçisi üçüncü turda "Selta"nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

"Sevilya" 81-ci dəqiqədə Franko Vaskeslə hesabı açsa da, 3 dəqiqə sonra qonaqların vurduğu qol matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu, "Sevilya"nın 2019/2020 mövsümündə ilk xal itkisi olub. Komanda 3 oyundan 7 xalla  ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sevilya" Avroliqanın qrup mərhələsində ilk turunda sentyabrın 19-u səfərdə "Qarabağ"la qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31