18 Oktyabr 2025, Şənbə
"Kəpəz" və "Qarabağ" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Millimiz FİFA reytinqində irəliləyib
Vaqif Cavadov “Tvente”nin düşərgəsində

Xarici futbol

Superkuboku “Liverpul” qazandı

UEFA Superkubokunun qalibi bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, İstanbulda keçirilən həlledici görüşdə iki ingilis klubu üz-üzə gəlib.

Ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da komandalar hərəyə bir dəfə fərqləndiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik zərbəni daha dəqiq yerinə yetirən "Liverpul"a 5:4 qalib gəlib. 

Beləliklə, "Liverpul"  14 ildən sonra Superkuboku başı üzərinə qaldırıb. Komanda sonuncu dəfə 2005-ci ildə bu kuboku qazanmışdı.

UEFA Superkuboku

14 avqust

“Liverpul” (İngiltərə) - “Çelsi” (İngiltərə) 2:2 (pen - 5:4)

Qollar: Jiru, 36 (0:1), Mane, 48 (1:1), 95 (2:1), Jorjinyo, 101-pen (2:2)

Baş hakim: Stefani Frappar (Fransa)

İstanbul. “Vodafon Park” stadionu

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31