18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Lovçev: “Bu, “Neftçi”nin xeyrinədir”

"Arsenal" Rusiya çempionatında "Rostov"un qapısından 2 top keçirdi. Ancaq buna baxmayaraq, Tula təmsilçisinin hücum xətti əhəmiyyətsizdir. Komanda ardıcıl iki oyun uduzdu. "Neftçi"yə qarşı ilk matçda Çerevçenkonun futbolçuları hücumda heç nə düşünə bilmədilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Spartak"ın keçmiş futbolçusu Yevgeni Lovçev Tula "Arsenal"ının Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə cavab oyunu öncəsi deyib.

70 yaşlı rusiyalı futbol veteranı ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan klubunun ilk matçda yaxşı müdafiə olunduğunu söyləyib: "Arsenal" isə gücsüz idi. Evdəki məğlubiyyətdən sonra "Arsenal" Bakıda irəli getməyə və açıq futbol oynamağa məcburdur. Bu isə "Neftçi"nin yalnız xeyrinədir. Ümumiyyətlə, birinci oyun göstərdi ki, "Neftçi" daha üstündür. Buna görə cavab matçında meydan sahiblərinin qələbə qazanacağını düşünürəm".

Qeyd edək ki, "Neftçi" - "Arsenal" görüşü yerli vaxtla saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Bakı klubu 1:0 hesabı ilə qalib gəlib.    

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30