16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

"Qarabağ"ın rəqibindən diqqətçəkən transferlər

Çempionlar Liqasının I təsnifatə mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Albaniyanın "Partizani" klubu transfer fəaliyyətini davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, Tirana təmsilçisi heyətinə üç futbolçu cəlb edib.
 
Albaniya klubu "Senderbeu"nun 25 yaşlı qapıçı Aldo Teqyanı transfer edib. Albaniyalı qolkiperlə bir illik müqavilə imzalanıb.
 
Macarıstanın "Uypeşt" klubunun nigeriyalı forvardı Teofilus Solomon da "Partizani"yə keçib. 23 yaşlı hücumçu iki illik sözləşməyə qol çəkib.
 
"Partizani" İtaliyanın "Krotone" klubunun yarımmüdafiəçisi Aristoteles Romeronu da rənglərinə bağlayıb. Venesuela millisinin üzvü olan 23 yaşlı futbolçu iki illik müqavilə imzalayıb.Tirana klubu 26 yaşlı müdafiəçisi Lum Recepiylə yolları ayırıb. Paytaxt komandası 33 yaşlı mərkəz müdafiəçisi Labinot İbrahimi ilə müqaviləni daha bir il uzadıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30