25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Braziliyalı qadın rekorda imza atdı

Braziliyanın qadın futbolçusu Marta Almaniyanın sabiq hücumçusu Miroslav Klozeni dünya çempionatları tarixinin bombardirləri siyahısında keçib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu, dünya çempionatının qrup mərhələsində Braziliya və İtaliya arasındakı görüşdə baş verib.
 
33 yaşlı forvard 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0.
 
Nəticədə "sambaçı" mundiallarda vurduğu qolların sayını 17-yə çatdırıb. Artıq karyerasını başa vurmuş Klozenin 16 qolu var. Üçüncü yerdə isə 15 topla Martanın kişi həmyerlisi Ronaldo qərarlaşıb.
 
Marta FIFA versiyası üzrə 6 dəfə (2006, 2007, 2008, 2009, 2010, 2018) ilin ən yaxşı qadın futbolçusu sayılıb. O, Braziliya yığmasının heyətində 2007-ci il dünya çempionatının və Yay Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30