19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

Maradona istefa verdi

Argentina yığmasının heyətində dünya çempionu olmuş Dieqo Maradona Meksikanın "Dorados" futbol klubunun baş məşqçisi karyerasını başa vurub. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə onun vəkili Matias Morla özünün "Twitter" hesabında bildirib. Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə "Dorados"dakı postunu tərk edib.
 
"Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək", - Morla qeyd edib.
 
Futbol klubundan məşqçinin gedişi haqqında informasiyanı təsdiqləyiblər. "Dorados" rəhbərliyi keçmiş rəhbərinə təşəkkür edib. Dieqo Maradona Meksikanın ikinci divizionunda "Dorados" futbol komandasına 2018-2019 illər mövsümündə başçılıq edib. Maraqlıdı, sabiq argentinalı futbolçu bir neçə gün əvvəl İngiltərənin "Mançester Yunayted" futbol klubuna başçılıq etməyə hazır olduğunu bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31