20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Azərbaycan da bizə qarşı müdafiədən oynayacaq"

"Xüsusilə ilk hissədə rəqib bizə narahatlıq yaratdı. Onlar yaxşı müdafiə olundular və nəticədə qol da vurdular".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Slovakiya millisinin yarımmüdafiəçisi Yan Qrequş İordaniya ilə yoldaşlıq oyunundan (5:1) sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Dünənki matçda penaltidən komandasının 3-cü qoluna imza atan 28 yaşlı futbolçu iyunun 8-da Bakıda millimizə qarşı keçirəcəkləri görüşə də toxunub:

"Penaltini vurmaq üçün məsuliyyəti üzərimə götürdüm və topu qapıya göndərdim. Şadam ki, zərbəm dəqiq alındı. Aəzrbaycanla oyuna gəlincə, düşünürəm ki, onlar da İordaniya kimi əsaən müdafiədən oynayacaqlar. Hesab edirəm ki, bu rəqibə də qol vurub, qələbə qazana bilərik".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30