25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Xarici futbol

Avroliqanın Bakı finalının hakimləri açıqlandı

UEFA Avropa Liqasında 2018-2019 mövsümünün Bakıda keçiriləcək final oyunu üçün təyinatları açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, İngiltərənin "Çelsi" və "Arsenal" klubları arasında oynanılacaq həlledici qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

VAR (videotəkrar) sisteminə Massimiliano İrrati, Marko Quida (hər ikisi İtaliya), Şimon Marçinyak və Pavel Sokolniçki (hər ikisi Polşa) nəzarət edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun yerli vaxtla 23:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31