21 May 2019, Çərşənbə axşamı
"Qalatasaray" çempionluğunu rəsmiləşdirdi
"Sumqayıt" baş məşqçisiz qalır
Kuboku "Qəbələ" qazandı!
Mxitaryan Bakıya gətirilmir

Xarici futbol

Emeri: "Problem Azərbaycanla Ermənistan arasındadır"

"Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Biz Mxitaryanla oynamaq istəyirik. O, “Bernli” ilə qarşılaşmada yaxşı çıxış etdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final matçında ermənistanlı futbolçusu Henrik Mxitaryanın da xidmətindən yararlanmaq istəyir: "Bu, siyasi məsələ olduğundan, həllinin necə mümkün olacağını deyə bilmərəm. Əlimdə deyil və vəziyyəti tam başa düşmürəm. Problem iki ölkə arasındadır. Biz əlimizdən gələni edəcəyik. Sadəcə, tək problem bu deyil".

Emeri final oyununun Bakıda keçilməsinə də münasibət bildirib. 48 yaşlı mütəxəssis uzun səfərin çətinliyini qeyd edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Finalda iki ingilis klubu oynayır. Görüş yaxında olsaydı, hər iki klubun daha çox azarkeşi olardı".

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda "Arsenal"la "Çelsi" qarşılaşacaq.

 

     




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit