20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Qarabağ”a getməklə səhv etdim”

“Hələ Yeni il ərəfəsində mənə deyildi ki, sən “Qarabağ”da az oynayacaqsan”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri İslandiya millisinin qapıçısı Hannes Halldorsson deyib.

Bu günlərdə Ağdam komandasından ayrılan 34 yaşlı qolkiper dünən ölkəsinin “Valur” klubu ilə müqavilə imzalayıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Halddorson “Qarabağ” karyerası barədə də danışıb.

“Danışıqlar uzun çəkdi. "Qarabağ”a getməklə səhv etdim. Ora darıxdırıcı idi və qəribəlik vardı. Azərbaycandakı həyatımla bağlı kitab yaza bilərəm”.

Ümumilikdə isə Halldorsson son üç ili karyerasının ən uğurlu dövrü adlandırıb.

Qeyd edək ki, “Qarabağ”a mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olmuşdu. Bir neçə gün öncə Ağdam klubu onunla müqaviləni qarşılıqlı şəkildə ləğv etmişdi.

 

 

         

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30