16 Oktyabr 2019, Çərşənbə
VII turun hakim təyinatları
Millinin ən yaxşısı - Şeydayev
Araz: “Üzrə görə xal vermirlər”
Holland hakim millimizdən üzr istədi!

Xarici futbol

Bakıdakı final üçün 690 avroluq biletlərin hamısı satıldı

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu üçün dəyəri 690 avro olan “Gümüş paket”lərin hamısı satılıb.

Futbolxeber.az-ın məlumatına görə, bununla da onlayın satışı UEFA-nın rəsmi saytı vasitəsi ilə həyata keçirilən biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərinin hamısı alınıb. Daha öncə “Qızıl paketlər”in hamısı satılmışdı.

“Gümüş paket”ə I kateqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinləşdirici içkilər daxildir.

“Qızıl paket”ə isə qonaq otağının yanında I kateqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinləşdirici içkilər aiddir.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu üçün standart biletlərin satışı 4 mərhələdə aparılacaq. Artıq 64000 biletdən 37500 ədədi martın 7-də satışa çıxarılıb. Birinci mərhələ martın 21-i Bakı vaxtı ilə saat 17:00-dək davam edəcək. Biletlər 4 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərindədir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  






Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31