29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Nazarov: “Futbolda günəş hər zaman çıxmır”

"Azərbaycan millisində gözləntim daha çoxdur. Çünki klubumda 5 dəqiqədən daha az oynayıram. Xorvatiya turnirə tam heyətlə gəlir. "Real"dan Luka Modriç, "Barselona"dan İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq istənilən futbolçunun karyerasında əsas məqamlardan biridir. Onları çox vaxt televiziyada görmək olur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin və Almaniya ikinci bundesliqa təmsilçisi "Aue"nin futbolçusu Dmitri Nazarov deyib.

Almaniya mətbuatına danışan yığmamızın üzvü Aue təmsilçisindəki oyunu haqda da danışıb: "Futbolda günəş hər zaman çıxmır, bəzən yağış da yağır. Bir müddətdi yağış yağır, hazırda qar və dolu daha çoxdur.

"Duysburq"la oyunda qol vurmaq imkanım var idi. Ancaq rəqib qapıçı zərbəyə çox yaxşı reaksiya göstərdi. "Paderborn"la son görüşdə də az meydanda oldum. 4 dəqiqə ərzində məndən heç kim nə isə gözləyə bilməz. Amma istəyimə çatmaq üçün əlimdən gələni edəcəyəm. Nağıllar danışmağıma gərək yoxdur. Az oynamağımdan narazıyam".

Nazarov az oynamasına baxmayaraq, hazırda "Aue"dən ayrılmağı düşünmədiyini söyləyib: "Milli komandada oynayan futbolçuya hər zaman təkliflər olur. Burada nələrəsə nail olmaq üçün il yarım əvvəl klubumla müqavilə imzaladım. Hazırkı vəziyyətimə görə burdan ayrılmaq istəmirəm. Çünki futbolda hadisələr çox tez dəyişir. Fırtınadan sonra günəş çıxa bilir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31