29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

"Atromitos"un baş məşqçisi Əliyar Ağayevin 2 qərarından narazıdı

Əliyar Ağayevin Yunanıstan Superliqasının 24-cü turunun PAOK - "Atromitos" oyunundakı idarəçliyi yunan futbol ictimaiyyətində birmənalı qarşılanmayıb.

Futbolxeber.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Damir Kanadi 0:3 hesabı ilə uduzduqları matçda FİFA referimizin 2 qərarından narazı qalıb:

"Düşünmürəm ki, biz bu cür hesabla məğlubiyyətə layiq idik. Fikrimcə, qapımıza təyin olunan ikinci penalti düzgün deyildi. Bundan başqa, ilk hissədə Brunonun epizodunda oyundankənar vəziyyət yox idi".

Yunanıstanlı keçmiş FİFA referisi Anastasios Kakos isə Əliyarın oyunu çox yaxşı idarə etdiyini, bütün qərarlarının doğru olduğunu, yalnız "Atromitos"dan Brunonun epizodunda yan xətt hakiminin kobud səhvə yol verdiyini bildirib.

Qeyd edək ki, dünənki oyunda "Atromitos"un qapısına 2 penalti təyin edən Əliyar ümumilikdə 5 dəfə sarı vərəqədən istifadə edib ki, bunlardan da ikisi qonaq komandanın futbolçusu Brunoya göstərilib. Nəticədə braziliyalı hücumçu 90-cı dəqiqədə meydandan qovulub. Maraqlıdır ki, Ağayevin sarı vərəqə ilə cəzalandırdığı futbolçulardan biri də ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edən PAOK-un yarımmüdafiəçisi Pedro Enrike olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31