26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Şeydayev: “Hər şey yaxşı qurtardı”

“Final fitindən sonra rahatladıq. 10 nəfərlə oynadığımızdan komandanın matçın sonuna doğru xeyli yorulduğu görünürdü. Yaxşı ki, hesabı bərabərləşdirdik. Amma təəssüf ki, qalib gələ bilmədik”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev klubun rəsmi saytına açıqlamasında deyib.

Rusiya Premyer Liqasının 18-ci turunun Moskva "Lokomotiv"i ilə səfər oyununda komandasının bərabərlik qoluna imza atan millimizin üzvü qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Əlbəttə, oyunçumuzun qovulması bizə mane oldu. Mənə görə, elə də ədalətli qərar deyildi. Ancaq əsas odur ki, sona qədər mübarizə apardıq və hər şey yaxşı qurtardı. Hesabda geri düşsək də, bərabərlik qolunu vurub, 1 xal qazandıq. Düşünürəm ki, gələn oyuna daha yaxşı hazırlaşıb, qalib gələcəyik. Fasilədən sonra ilk matçlar həmişə çətin olur. Getdikcə daha da artıracağıq".

Qeyd edək ki, matçın 69-cu dəqiqəsində fərqlənən Ramil komandasını məğlubiyyətdən xilas edib. Bu, onun "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında ilk qolu olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30