13 Yanvar 2026, Çərşənbə axşamı
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu
"Karvan-Yevlax"dan transfer

Xarici futbol

Arrisabalaqa Sarridən üzr istədi

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa Liqa Kubokunun finalında (0:0; pen - 3:4) “Mançester Siti” ilə görüşdə baş məşqçi Mauritsio Sarrini istəyinə baxmayaraq, əvəzlənməkdən boyun qaçırmasına və meydanı tərk etməməsinə görə üzr istəyib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, ispan qolkiper bununla bağlı deyib:

“Çelsi”nin heyətində ilk dəfə kubokun finalında meydana çıxdığım üçün çox şad idim. Oyun zamanı baş verənlər haqda çox düşündüm. Həmin epizodda anlaşılmazlıq yaransa da, mən özümü məhz bu cür aparmaqla böyük səhvə yol verdim.

Şəxsən baş məşqçidən, komanda yoldaşlarımdan, eləcə də fanatlardan etdiyim hərəkətə görə üzr istəyirəm. Baş verənlərdən dərs alacağam və klub rəhbərliyinin verəcəyi cəzaya razıyam”.

Qeyd edək ki, klub rəhbərliyi Arrisabalaqanı 1 həftəlik məvacibindən məhrum edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31