18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Del Pyero ABŞ-da klub aldı

"Yuventus"un sabiq hücumçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles şəhərində LA10FC futbol klubunun sahibi olub. 
 
Futbolxeber.az saytının məlumatına görə, o, 2018-ci ilin sonlarında həvəskarlar liqasında çıxış edən kiçik klub aldığını bildirib.
 
Del Pyero bu xəbəri ilk dəfə ictimaiyyətə çatdırmasının səbəbini belə izah edib: "Ötən mövsüm biz ABŞ-ın 3-cü liqasının qalibi olduq.
 
Bundan sonra bu gözəl təcrübəni sizinlə bölüşməyə və bütün kollektivə təşəkkür etməyə qərar verdim.
 
Bu, hər zaman istədiyim layihədir və məni dərhal fəth etdi. Komandanın rəngləri ağ, qara və bozdur".  Alessandro Del Pyero "Yuventus"da 1993 - 2012-ci illərdə çıxış edib. O, futbolçu karyerasını 2015-ci ildə başa vurub.
 
Turin komandasının heyətində ikən 6 dəfə İtaliya çempionu, ölkə kubokunun və Çempionlar Liqasının qalibi, Superkubokun 4 qat sahibi olub. İtaliya yığmasında isə məşhur futbolçu 2006-cı ildə dünya çempionu və 2000-ci ildə Avropa vitse-çempionu olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30