19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Xarici futbol

Prosineçki: “Onlar da Azərbaycan kimi partlamamış bombadır”

“Qarnımın aşağı hissəsində ağrı hiss etdim. Əvvəl heç vaxt belə olmamışdı. Çox dözülməz idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki deyib.

Bağırsağındakı problemlə bağlı ötən ilin dekabrında əməliyyat olunan xorvatiyalı mütəxəssis 2 aya 20 kq arıqlayıb.

Xoşagəlməz hadisəni xatırlayan Prosineçki bunları söyləyib: “Dərhal məni xəstəxanaya apardılar. Qanda zəhərlənmə olmasın deyə təcili bıçaq altına yatmaq lazım idi. Əməliyyat uğurlu keçdi. Ancaq xəstəxanada uzun müddət qalmaq asan deyil”.

Ötən ilin yanvarından Bosniya və Herseqovina millisinə başçılıq edən Prosineçki Avro-2020-nin seçmə mərhələsində mübarizə aparacaqları rəqibləri dəyərləndirib:

“Uğursuzluqdan qorxurammı? Qorxsaydım, Bosniyaya gəlməzdim. Nədən qorxmalıyam ki? Seçmə mərhələdəki uğursuzluqdan? Qrupumuzda İtaliya millisi yer alır. Hansı ki, DÇ-2018-ə gedə bilmədilər və yenidən böyük turnirə qayıtmaq istəyirlər. Yunanıstanla köhnə haqq-hesabımız var. Onlar da uzun müddətdir bu cür yarışlara qatıla bilmirlər. Sabiq Avropa çempionlarının da müəyyən hədəfləri var və öz məqsədlərinə nail olmağa çalışacaqlar. Yunanlar arzuolunmaz rəqibdir. Ancaq qarşısıalınmaz deyillər.

Rəqiblərimizdən biri Finlandiyadır. Onlar da Azərbaycan kimi partlamamış bombadır. 50 ildə bir sürpriz edirlər. Finlər ötən seçmə mərhələdə səfərdə Xorvatiya ilə heç-heçə edərək, hamını təəccübləndirmişdi.

Ermənistan? Əgər biz bu yığmadan qorxuruqsa və onlara qalib gələ bilmiriksə, onda heç Avro-2020-yə getməməliyik. Bu, rəqibi qiymətləndirməmə deyil. Amma həqiqətdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31