25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Ramil Şeydayev: "Bütün gücümüzü ortaya qoymalıyıq"

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” Antalya toplanışı çərçivəsində daha iki yoxlama görüşü keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Samara təmsilçisi ilk oyunda Danimarka “Koldrink”u ilə üz-üzə gəlib. Şeydayevin meydana çıxmadığı görüş rusların qələbəsi ilə yekunlaşıb - 2:1. Ardınca isə “Krılya Sovetov” Latviya təmsilçisi “Liepaya” ilə qarşılaşıb.
 
Bu oyunda isə qalib müəyyənləşməyib - 1:1. Matça start heyətində başlayan milli üzvü 77 dəqiqə meydanda olub. Şeydayev oyundan sonra "Matç TV"yə açıqlama verib. 22 yaşlı hücumçu toplanış barədə fikirlərini bölüşüb:
 
"Uzun müddət yaxşı işə yarayan iki toplantı keçdik. Çempionatın startına 10 gündən bir az çox qalıb. Qarşıda daha bir sınaq oyunu var. Mövsümün ikinci yarısında daha çox qol vuracağıq.
 
İlk yarıda az qol vurmağımızın səbəbini demək çətindi. Bir az bəxtsizlik və həm də çox müdafiə olunduq". Ramil yeni transferlərin gəlişinin "Krılya Sovetov" üçün uğurlu olacağını deyib: "Bəli, təcrübəli futbolçularla gücləndik.
 
Bəziləri Çempionlar Liqasında da oynayıb. Aleksandr Səmədov Rusiya millisinin heyətində DÇ-2018-də oynayıb. Təbii ki, yeni futbolçular bizə kömək edəcək. Bu cür təcrübəli futbolçularla bütün problemlərimizi çözəcəyimizi düşünürəm. Bütün gücümüzü ortaya qoymalıyıq və komanda həmişə güclü olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30