18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

"Mançester Yunayted" "İnter"dən oyunçu alacaq

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda "Mançester Yunayted"ə keçə bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, sloveniyalı hazırda "qırmızı şeytanlar"ın əsas transfer hədəfi hesab olunur. Mankunyanlar daha əvvəl 23 yaşlı oyunçu üçün İtaliya klubuna 60 milyon avro təklif etsələr də, rədd cavabı almışdılar.
 
"İnter" aparıcı üzvü üçün 90 milyon avro tələb edir. Bu mövsümün sonunda "Mançester Yunayted" rəhbərliyinin sözgedən məbləği ödəyərək, Milanı alacağı iddia olunur. Şkrinyar "İnter"ə 2017-ci ilin yayında 34 milyon avro qarşılığında "Sampdoriya"dan keçmişdi. Onun Milan təmsilçisi ilə 2022-ci ilin iyun ayına qədər müqaviləsi var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30