23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

"Tobol"un direktoru: "Emil Balayev üçün 52 min avro ödəməmişik"

"Tobol" demək olar heç kimi almır. Bunu açıq mənbələrdə asan yoxlamaq olar. İndi 5 yeni futbolçu ilə müqavilə imzalamışıq. Bunlar Mixail Qordeyçuk, Ruslan Valiullin, Andrey Paseçenko, Aleksandr Kleşenko və Emil Balayevdir”.

Futbolxeber.az-ın məlumatına görə, bunu "Tobol"un direktoru Nikolay Panin klubunun rəsmi saytına müsahibəsində deyib.

O, "Səbail"dən transfer etdikləri Emil Balayev üçün 52 min avro ödəmələri ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib:

"Heyətə cəlb etdiyimiz futbolçuların hamısı azad agent kimi gəlib. Yəni əvvəli klublarıyla müqavilələri artıq bitib və "Tobol"a havayı başa gəliblər. Bu yaxınlarda belə bir informasiya yayıldı ki, Balayevə görə 52 min avro pul ödəmişik. Bu, həqiqəuyğun deyil. Sadəcə, “Trasnfermarket” yayıb. O, bizə azad agent kimi gəlib. Bunda Valeri Qazzayevin avtoriteti böyük rol oynadı".

Qeyd edək ki, millimizə də dəvət alan E.Balayev ötən həftə Qazaxıstan klubuna keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30