23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

"Ayazı o vaxtdan bəri izləməyə başladım"

"Spartak"ın (Moskva) baş məşqçisi Oleq Kononov Ayaz Quliyev haqqında fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis "Sportbox"a müsahibəsində yeni transfer etdikləri azərbaycanlı yarımmüdafiəçi barədə xoş sözlər söyləyib:
 
"Ayaz Quliyev "Anji"yə icarəyə verildikdən sonra "Krasnodar"a qarşı oynadığı kubok matçında diqqətimi çəkdi. Meydanın ortasındakı hərəkətlərini, hücumdakı texnikasını bəyəndim. Həmin vaxtdan bəri onu izləməyə başladım".
 
Kononov 23 yaşlı Quliyevin "Spartak"ın təcrübəli futbolçusu Denis Qluşakovla rəqabət edə biləcəyini vurğulayıb:
 
"Bu mövqedəki bütün oyunçular kimi onların da bərabər olduqlarını deyə bilərəm. Futbolçuların mövqe üçün sağlam rəqabət aparmaqlarını istəyirəm. Ayaz hücum edən orta xətt oyunçusudur və yaxşı potensiala sahibdi. Mənim üçün futbolçunun kuboklara ac olması və inkişaf etmək istəməsi önəmlidi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30