19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Rəvan"ın futbolçusu darmadağının iştirakçısı oldu

 

"Rəvan” futbol klubunun litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas uzun fasilədən sonra dəvət aldığı milli komandada növbəti oyununa çıxıb. Futbolxeber.az-ın məlumatına görə, "Rəvan"ın "10” nömrəsi martın 26-da Albaniyanın paytaxtı Tirana şəhərində yerli yığma komandaya qarşı keçirilən görüşdə meydana çıxıb.

Düzdür, Kalonas Slovakiya ilə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turnir oyunundan fərqli, bu dəfə sonradan meydana çıxıb. O, 64-cü dəqiqədə komanda yoldaşını əvəzləyərək oyuna qoşulub. Litva millisi məhz bu dəyişiklikdən sonra təşəbbüsü ələ ala və hesab arasındakı fərqi azalda bilib. Oyun Albaniya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq litvalıların macar çalışdırıcısı Çaba Laslonun bu oyunda müxtəlif səbəblərdən 7 əsas heyət futbolçusunun xidmətindən yararlanmadığını da qeyd etməliyik. Başqa sözlə, litvalılar eksperimentlərə əl ataraq nəticəni yox, gələcək perspektivi düşündüklərini göstəriblər.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30