13 Yanvar 2026, Çərşənbə axşamı
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu
"Karvan-Yevlax"dan transfer

Xarici futbol

Almaniya millisinin sabiq üzvü karyerasını başa vurdu

Almaniya yığmasının sabiq üzvü Robert Hilbert karyerasını başa vurub.
 
Futbolxeber.az saytının məlumatına görə, son olaraq ölkəsində “Qroyter” klubunun şərəfini qoruyan futbolçu 34 yaşında yaşıl meydanlara “əlvida” demək qərarına gəlib.
 
O, bundan sonra Almaniyanın 2-ci Bundesliqasında mübarizə aparan bu klubun futbol akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.
 
Hilbert 2004-2006-cı illər aralığında da “Qroyter”də forma geyinib. 2006-cı ildə isə o, “Ştutqart”a transfer olunub və 4 il bu klubun uğurları üçün çalışıb.
 
2010-cu ildə Türkiyənin “Beşiktaş” klubunda legioner həyatına başlayıb. İstanbul təmsilçisi ilə Türkiyə Kubokunu qazanmış Robert 2013-cü ildə yenidən vətəninə qayıdıb və bu dəfə “Bayer”də forma geyinməyə başlayıb. 2017-ci ildən isə o, “Qroyter”də çıxış edirdi. Hilbert Almaniya yığmasında da 8 oyun keçirib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31